Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Peyami Safa – Yalnızıq

Türk yazıçısı Peyami Safanın “Yalnızıq” romanı ideal cəmiyyət axtarışı ilə yaşayan Səmim adlı bir qəhrəmanın sevgi hekayətindən bəhs edir. Həyatda hər həqiqətin gözünün içinə dik baxan, gözəl analitik təhlil qabiliyyəti olan bu adamın sevgisinin fərqliliyi ondadır ki, bir zamanlar özündən yaşca böyük olan Nəciləyə aşiq olaraq onda tapa bilmədiyi xüsusiyyətləri sonralar onun qızı Meralın məhəbbətində axtarır. Meralın isə duyğuları və düşüncələri o qədər qarışıq, özü üçün o qədər anlaşılmazdır ki, Parisə qaçmaq arzusu reallaşmayanda son çıxış yolunu intiharda tapır. Yazıçı intihar fikri ilə onu reallaşdırmaq arasında böyük fərq olduğunu çox dəqiq bir şəkildə təsvir edir.

Qiyməti 8
KİTABI AL
Paylaş
Peyami Safa – Yalnızıq

Kitabın xüsusiyyətləri

  • Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran: fil.ü.d. Nərgiz Cabbarlı
  • Redaktor: Səbuhi Şahmursoy
  • Naşir: Müşfiq XAN
  • Korrektor: Xanım Anela
  • Texniki redaktor: BəxtiYar
  • Dizayn və qrafika: Gülnar Hacıyeva
  • Orijinal adı: Peyami Safa. Yalnızız, © Peyami Safa. Yalnızıq (roman)
  • Ölçü: 135×200 mm
  • Səhifə sayı: 352