Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Salam Qədirzadə – Sevdasız aylar

Salam Qədirzadənin “Sevdasız aylar” romanı yarandığı illərdə – sovet dönəmində gənclərin ən çox oxuduğu, əldən-ələ ötürülən bir neçə populyar əsərdən biri olub. Üzərindən illər keçsə də, Sevda və Asif adlı iki gəncin tələbəlik illərini, təmiz məhəbbətini, bir-birindən ayrı düşərək çəkdiyi həsrəti əks etdirən əsər öz aktuallığını, təravətini və maraq səviyyəsini itirməyib. Asifin “Titi”, yəni “Çiçək” adlandırdığı Sevdanın xarakteri, sevgisi, həyatının ən gözəl dövrü olan tələbəlik illərinin maraqlı və səmimi təsviri oxucunun diqqətini cəlb edəcək, onu öz tələbəliyinə, öz gəncliyinə səyahətə çıxaracaq.

Kitabda Salam Qədirzadənin “Müqəddəs yalan” hekayəsi də yer alır. Hekayədə bir-birini saf məhəbbətlə sevən cütlüyün başına gələnlərdən, bu iki gəncin eşqinin həyatın sınağına davam gətirib-gətirməyəcəyindən danışılır.

Qiyməti 7
KİTABI AL
Paylaş
Salam Qədirzadə – Sevdasız aylar

Kitabın xüsusiyyətləri

  • Naşir və redaktor: Səbuhi Şahmursoy
    Korrektorlar: Səbinə Abdulla / Arzu İsmayıl
    Texniki redaktor: Aytən Paşayeva
    Rəssam: Vasif Səftərov
    Üz qapağının dizayneri: Tamerlan İsmayılzadə
  • Kitab: Sevdasız aylar
  • Müəllif: Salam Qədirzadə
  • Seriya: Milli ədəbiyyat
  • Nəşriyyat: XAN Nəşriyyatı 
  • Nəşr ili: 2024
  • Ölçü: 125x195 mm
  • Səhifə sayı: 144
  • Cild: Yumşaq
  • ISBN: 978-9-9525-6628-4