Xatirə Ədəbiyyatı silsiləsindən 47-ci kitab.
Kitab İranın Gürcüstandakı konsulu Mirzə Rza xan İrəvaninin yazdığı xatirələrdən ibarətdir. İran ordusunun generalı, diplomat, ictimai-siyasi xadim olan Mirzə Rza xan 1853- 1937-ci illərdə yaşayıb. “Daneş” və “Ərfəüddövlə” ləqəbləri ilə tanınıb. Rusiya, Zaqafqaziya və İranda o dövrün bir çox ictimai-siyasi hadisələrinin şahidi olub. Bu xatirələrdə əsasən özünə maraqlı gələn (azacıq mistik hesab etdiyi) hadisələr və səfər qeydləri, həyatının əlamətdar günlərinin ətraflı təsviri var.