Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Çingiz Dağcı – Yurdunu itirən adam

Sadıq Turan həyatının dönüş nöqtəsindədir. Vətəni Türküstanı bolşevik ordusundan azad etmək üçün Almaniya silahlı bölmələrinə qoşulur. Hərbi təlimlər keçib zabit rütbəsinədək yüksəlir. Onun üçün bir müqəddəs məhfum var: vətəni Türküstan. Amma İkinci Dünya Müharibəsi illərində dünyanın siyasi mənzərəsi heç də kiçik xalqların tərəfində deyil. Müharibə dəhşətləri ata-anasının, qardaşı Bəkirin, əsgər yoldaşlarının timsalında ən dəyərli şeyin insan həyatı olduğunu deyir. Bəs fədakar qadın Mariya onun taleyində hansı rola sahibdir? Sadıq Turanı yaşamağa səsləyən daha hansı dəyərlər var? Bu kitab Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatının xaricdə tanıdılması” layihəsinin dəstəyi ilə çapa hazırlanmışdır. Göstərdikləri köməkliyə və dəstəyə görə nazirliyin əməkdaşlarına, Türkiyənin sabiq dövlət naziri, hörmətli Sadi Somuncuoğluna və Rahim Cavadbəyliyə təşəkkürümüzü bildiririk.

Qiyməti 8
KİTABI AL
Paylaş
Çingiz Dağcı – Yurdunu itirən adam

Kitabın xüsusiyyətləri

  • Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran: Rövşən Danyeri
  • Redaktor və naşir: Səbuhi Şahmursoy
  • Korrektor: Dürdanə Ramazanlı
  • Texniki redaktor: BəxtiYar
  • Dizayn və qrafika: Gülnar Hacıyeva
  • Ölçü: 135×200 mm
  • Səhifə sayı: 20