Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Vladimir Jeleznikov - Müqəvva

Salam, çoxbilmiş dostum!
Səni yeni kitabla tanış etməyə səbirsizlənirəm. “Müqəvva” əsərini Vladimir Jeleznikov “Uşaq ədəbiyyatı” silsiləsində ilk dəfə 1981-ci ildə nəşr etdirib. Əsər çətin vəziyyətə düşən, sinif yoldaşları tərəfindən boykot edilən 6-cı sinif şagirdi Lenka adlı qızdan bəhs edir. Utancaq, qərarsız qız inadcıl və cəsarətli insana çevriləndə uşaqlar anlayır ki, qızın və onun babasının özündə gəzdirdiyi əxlaqi dəyərlər uğrunda döyüşülməli olan həmin xeyirxahlıqdan ibarətdir. “Müqəvva” əsəri nəşr olunduğu ildən ədəbitənqidçilərin diqqətini cəlb eləyib, haqqında saysız resenziyalar yazılıb. Əsasən məktəbli uşaqlar üçün yazılan bu əsər qurğusuna, qaldırdığı problemlərə, gəldiyi nəticələrə görə zaman-zaman psixoloqlara da məsləhət görülür. İnanıram ki, sən də bu kitabı oxuyub çox bəyənəcəksən.

Qiyməti 8
KİTABI AL
Paylaş
Vladimir Jeleznikov - Müqəvva

Kitabın xüsusiyyətləri

  • Naşir və redaktor: Səbuhi Şahmursoy
  • Tərcüməçi: Xəyalə Murad
  • Korrektor: Qəndab Şirinova
  • Rəssam: Yekaterina Muratova
  • Texniki redaktor: Aytən Paşayeva
  • Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
  • Müəllif: Vladimir Jeleznikov
  • Kitab: Müqəvva
  • Seriya: Uşaq ədəbiyyatı
  • Nəşriyyat: XAN Nəşriyyatı 
  • Alt marka: Balabilgə Nəşrləri
  • Nəşr ili: 2023
  • Yaş kateqoriyası: 12+
  • Ölçü: 160x240 mm
  • Səhifə sayı: 272
  • Cild: Yumşaq
  • ISBN: 978-995-256-604-8