Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Ülvi Babasoy - Ədəbiyyatda postmodernizm: oyun estetikası

Ülvi Babasoy modernizm və postmodernizm kimi ədəbi cərəyanlara dair ən mürəkkəb məsələləri sadə, anlaşıqlı üslubda təqdim edir. Postmodernizmin oyun estetikası, əyləncəlilik, sosial funksiya, posthumanizm, posthəqiqət kimi xüsusiyyətlərinə dekonstruksiya, intertekstuallıq, dekanonizasiya, çoxsəsli estetika, hərf və rəqəm simvolikası, metatekstuallıq, hipertekstuallıq kimi komponentlər kontekstində aydınlıq gətirir.
Bu komponentlər yalnız nəzəri səciyyə daşımır, Türkiyə, Azərbaycan və Avropa ədəbiyyatından konkret bədii mətnlərlə dəstəklənir. Ədəbi-nəzəri, bədii-estetik görüşlər bədii mətnlərin məzmun-forma, ifadə və struktur estetikasına tətbiq edilir. Elmi-akademik üslubla bədii-estetik düşüncənin birliyi kitabı bütün oxucular üçün oxunaqlı edir.
“Ədəbiyyatda postmodernizm: oyun estetikası” vəsaiti postmodernizmlə maraqlanan hər kəs üçün konseptual və maraqlı qaynaqdır.

Qiyməti 10
KİTABI AL
Paylaş
Ülvi Babasoy - Ədəbiyyatda postmodernizm: oyun estetikası

Kitabın xüsusiyyətləri

  • Naşir: Nizami Hüseynov
  • Elmi redaktorlar: professor Əsgər Rəsulov / dosent Dilbər Zeynalova
  • Rəyçilər: AMEA-nın müxbir üzvü, professor Tehran Əlişanoğlu / professor Bədirxan Əhmədov / dosent Mehman Həsənli
  • Redaktor: Cavid Qədir
  • Korrektorlar: Esmira İlyas / Arzu İsmayıl
  • Texniki redaktor: Aytən Paşayeva
  • Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
  • Kitab: Ədəbiyyatda postmodernizm: oyun estetikası
  • Müəllif: Ülvi Babasoy
  • Seriya: Elmi-kütləvi ədəbiyyat
  • Nəşriyyat: Hədəf Nəşrləri
  • Nəşr ili: 2024
  • Ölçü: 205x145 mm
  • Səhifə sayı: 208
  • Cild: Yumşaq
  • ISBN: 9789952566963