Salam, dostum!
Bu kitab səninlə yaşıd iki bacının başına gələnlərdən danışır. Onların siçandan nümunə götürüb başqalarına kömək etməsi isə sənə doğru yolu göstərəcək. Yəqin, sən də ailənin, dostlarının qayğısına qalırsan, onlara həmişə kömək etməyə çalışırsan. Dostum, hər zaman xeyirxah olmağa çalış. Onda xeyirxah siçan səninlə də dost olacaq.