Əziz valideynlər və balabilgə dostlar, sizə təqdim etdiyimiz “Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi” Hədəf Konsepti əsasında hazırlanmış əlavə dərs vəsaiti dəstidir. Bu dəst məktəb və ailə həmrəyliyini yaradan, inkişaf etdirən yardımçı vəsaitdir: həm məktəb müəlliminin tövsiyəsi, həm də valideynin müstəqil arzusu ilə istifadə etmək üçün nəzərdə tutulub. Hər bir ailə bu dəstdən istifadə edərək öz evini dəyər məktəbinə çevirə bilər. Hədəf Konseptinin məqsədi yaxın gələcəyin milli və bəşəri dəyərlərini mənimsəmiş, sağlam, bacarıqlı, yaradıcı və bilikli insanı yetişdirməkdir ki, o, BİLGƏ İNSAN kimi millətinə və bəşəriyyətə faydalı olsun.