Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Salam Qədirzadə – Qış gecəsi

Məşhur Azərbaycan yazıçısı Salam Qədirzadənin ötən əsrin ortalarında qələmə aldığı “Qış gecəsi” romanı İkinci Dünya müharibəsindən sonra cəmiyyətdə baş verən ictimai hadisələrin fonunda gənclərin həyat tərzindən bəhs edir. Əsər müəllifin digər romanları kimi XX əsrin ikinci yarısında gənclərin sevə-sevə oxuduğu əsərləri arasında özünəməxusluğu ilə seçilir. Romanda gələcəyin hüquqşünası, hamının “Tarçalan oğlan“ kimi tanıdığı Adilin öz ailəsindəki münasibətlərdən, Ceyran adlı rəssam qıza olan ülvi və nakam məhəbbətindən bəhs olunur.
Salam Qədirzadə bu əsərində də yaradıcılıq ənənəsinə uyğun olaraq hadisələri dramatik şəkildə qələmə alıb. Zənnimizcə, müasir gənclər də ötən əsrin ikinci yarısının gəncləri kimi əsəri həyəcanlı hisslər və kövrək duyğularla oxuyacaqlar.

Qiyməti 10
KİTABI AL
Paylaş
Salam Qədirzadə – Qış gecəsi

Kitabın xüsusiyyətləri

  • Naşir: Səbuhi Şahmursoy
  • Redaktor: İsgəndər Səklikov
  • Korrektor: Esmira Eminova
  • Rəssam: Vasif Səftərov
  • Texniki redaktor: Aytən Paşayeva
  • Son oxu: Cavid Qədir
  • Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
  • Kitab: Qış gecəsi
  • Müəllif: Salam Qədirzadə
  • Seriya: Milli ədəbiyyat
  • Nəşriyyat: XAN Nəşriyyatı 
  • Nəşr ili: 2024
  • Ölçü: 125x195 mm
  • Səhifə sayı: 320
  • Cild: Yumşaq
  • ISBN: 978-9-9525-6627-7