Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Monoloq və Dialoqlar

“Monoloq və dialoqlar” “Məşhurlar” silsiləsinin yeddinci kitabıdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda yerli, eləcə də dünyaca məşhur əsərlər və filmlərdən hissələr yer alıb. Bəzən hansısa kitabdan oxuduğumuz, yaxud filmdən eşitdiyimiz bir söz bizi – həyatımızı, ruhumuzu dilə gətirir, dərindən düşünməyə, nəciblik arxasınca getməyə sövq edir. Bir monoloq daxilimizin üsyan səsinə çevrilir, dialoq həqiqətlə üz-üzə dayanmağımıza cəsarət verir. Bu kitabda toplanmış dialoq və monoloqlar ədəbiyyat, eləcə də kino tarixində rast gəlinən ən yaxşılardandır. Əlbəttə, bu kiçik çıxarışlar məxsus olduqları əsərləri tamamilə ifadə edə bilməz. Amma istənilən halda həmin əsərlərin yadda qalmasında bu çıxarışların böyük önəmi var. “Məşhurlar” silsiləsinin dəyərli oxucuları bu dəfə məşhur monoloq və dialoqlarla baş-başa qalacaqlar. Həqiqətlər bu dəfə özü danışacaq.

Qiyməti 7
KİTABI AL
Paylaş
Monoloq və Dialoqlar

Kitabın xüsusiyyətləri

  • Layihə rəhbəri: Şəmil Sadiq
  • Layihə koordinatoru və naşir: Səbuhi Şahmursoy
  • Tərtibçi: Zibeydə Quliyeva
  • Redaktor: Cavid Qədir
  • Korrektor: Səbinə Abdulla
  • Texniki Redaktor: Aytən Paşayeva
  • Üz qabığının dizayneri: Tamerlan İsmayılzadə
  • Kitab: Monoloq və dialoqlar
  • Seriya: Məşhurlar
  • Nəşriyyat: XAN Nəşriyyatı 
  • Nəşr ili: 2023
  • Ölçü: 125x195 mm
  • Səhifə sayı: 160
  • Cild: Yumşaq
  • ISBN: 978995256637 6