Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Məktublar

"Məşhurlar" silsiləsində təqdim olunan bu kitaba daxil edilən məktublarda ən müxtəlif məsələlərdən bəhs edilir. Busbekin, Moltkenin və V Georqun məktublarında Avropanın “türk qorxusu”nu aydınca görmək olur. Başçı Sietlın və Baumanın məktublarında insan-cəmiyyət, eləcə də insan-təbiət münasibətləri, Cəmil Meriçin məktublarında sevgi, onun müxtəlif üsullarla ifadəsi, Eynşteynin məktublarında İnsan-Tanrı-Sevgi üçbucağının qəfildən öz daxilində Dünya-Kainat-Elm-İnsani münasibətlər kimi çoxbucaqlılara bölünməsi, Salutatinin məktubunda elm və ədəbiyyat mübahisəsinin həlli qarşımıza çıxır.

Nəriman Nərimanovun məktublarında Azərbaycanın sovet işğalındakı ilk illərinə işıq tutulur; ermənilərin xəbis məqsədləri, onlara fürsət yaradan “milli xain”lər haqqında tarixi faktlardan, şəhid şairimiz Ülvi Bünyadzadənin məktubunda isə Azərbaycanın Göyçə yarasından bəhs edilir.

Qiyməti 8
KİTABI AL
Paylaş
Məktublar

Kitabın xüsusiyyətləri

  • Layihə rəhbəri: Şəmil Sadiq
  • Layihə koordinatoru və naşir: Səbuhi Şahmursoy
  • Tərtib Edənlər: İlham Ələkbərli / Şəfa Vəli
  • Redaktor: Cavid Qədir
  • Korrektor: Aytac Əliyeva
  • Texniki Redaktor: Aytən Paşayeva
  • Üz qabığının dizayneri: Zülfiyyə Abbasova
  • Kitab: Məktublar
  • Seriya: Məşhurlar
  • Nəşriyyat: XAN Nəşriyyatı 
  • Nəşr ili: 2022
  • Ölçü: 125x195 mm
  • Səhifə sayı: 184
  • Cild: Yumşaq
  • ISBN: 978995255701 5