İşini itirəndən sonra çörəkpulu qazanmaq üçün yeni iş axtarışına başlayan Muhsinenin cəhdləri boşa çıxır. Günlərin birində təsadüfən rastlaşdığı, anası qədər dəyər verdiyi qadının “köməy”i həyatını kökündən dəyişir.
Düşdüyü lənətli malikanədə baş verən hadisələr gənc qızı dəli olmaq həddinə çatdırır. Görəsən, bu zərif istanbullu qız cinlərin, pərilərin at oynatdığı malikanədən xilas olmağı bacaracaqmı? Doğrudanmı qeyri-adi varlıqlar insanlara əmr edə, qarşılarında xidmətçi kimi işlədə bilərlər? Bəs görəsən, bu varlıqlar, həqiqətən, mövcuddurmu?