Dəyərli müəllimlər, sevimli analar və atalar!
Erkən inkişaf mərhələsi uşaqların həyatının təməlini qoyur. Onlar həyatdakı bütün anlayışları gerçək əşya və varlıqlarla münasibətdə öyrənir. Uşaq dünyasında anlayışların konkret olması və uşaqların öyrəndiklərindən istifadə etməyi bacarması çox əhəmiyyətlidir.
Balabilgə Nəşrləri bunu nəzərə alaraq “TƏBİƏTİ SEVİRƏM” kitabını hazırladı.
“TƏBİƏTİ SEVİRƏM” kitabı ilə uşağın:
- Fərqli düşünmə, anlama, izahetmə, həlletmə, araşdırma, yoxlama və müşahidə bacarığını inkişaf etdirməsini;
- Elmə maraq göstərib yaşadığı ətraf aləmi tanımasını;
- Müəyyən vəziyyətlərlə bağlı səbəb-nəticə əlaqələrini qura bilməsini;
- Verilən varlıqları müxtəlif xüsusiyyətlərinə görə sıralaya bilməsini;
- Təbiəti əyləncəli və maraqlı tapşırıqlarla sevərək öyrənməsini;
- Xəyal gücü və təqlid bacarığını inkişaf etdirməsini;
- Həvəsini artırmasını;
- Elmi, sosial və təbiət anlayışının inkişafına dəstək olmağı qarşımıza məqsəd qoymuşuq.
Bu kitabla əyləncəli, səmərəli və şən zaman keçirməyinizi arzulayırıq!
Hörmətlə,
Balabilgə Nəşrləri
Bu kitab Hədəf STEAM Liseyi və Balabilgə Uşaq Bağşasının pedaqoji şurası tərəfindan təsdiq edilib.