Dəyərli müəllimlər, sevimli analar və atalar!
Erkən inkişaf mərhələsi uşaqların həyatının təməlini qoyur. Onlar həyatdakı bütün anlayışları gerçək əşya və varlıqlarla münasibətdə öyrənir. Uşaq dünyasında anlayışların konkret olması və uşaqların öyrəndiklərindən istifadə etməyi bacarması çox əhəmiyyətlidir.
Balabilgə Nəşrləri bunu nəzərə alaraq “HESABLAMAĞI SEVİRƏM” kitabını hazırladı.
“HESABLAMAĞI SEVİRƏM” kitabı ilə uşağın:
- Riyaziyyatı əyləncəli və həqiqi təcrübələrlə sevərək öyrənməsini;
- Xəyal gücü və təqlid bacarığını inkişaf etdirməsini;
- Həvəsini artırmasını;
- Elmə maraq göstərib yaşadığı ətraf aləmi tanımasını;
- Müəyyən vəziyyətlərlə bağlı səbəb-nəticə əlaqələrini qura bilməsini;
- Elmi, sosial və riyazi anlayışının inkişafına dəstək olmağı qarşımıza məqsəd qoymuşuq.
Bu kitabla əyləncəli, səmərəli və şən zaman keçirməyinizi arzulayırıq!
Hörmətlə,
Balabilgə Nəşrləri
Bu kitab Hədəf STEAM Liseyi və Balabilgə Uşaq Bağşasının pedaqoji şurası tərəfindan təsdiq edilib.