Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00

Gülnar Xəlilova - Düşünməyi sevirəm

Dəyərli müəllimlər, sevimli analar və atalar!

Erkən inkişaf mərhələsi uşaqların həyatının təməlini qoyur. Onlar həyatdakı bütün anlayışları gerçək əşya və varlıqlarla münasibətdə öyrənir. Uşaq dünyasında anlayışların konkret olması və uşaqların öyrəndiklərindən istifadə etməyi bacarması çox əhəmiyyətlidir.

Balabilgə Nəşrləri bunu nəzərə alaraq “DÜŞÜNMƏYİ SEVİRƏM” kitabını hazırladı.
“DÜŞÜNMƏYİ SEVİRƏM” kitabı ilə uşağın:

- Gündəlik həyatda istifadə olunan əşyaları ayırd etməsini;
- Müəyyən hallarla bağlı düşüncələrini ifadə edə bilməsini;
- İstənilən məkanda mövzu ilə bağlı anlayışları qavramasını;
- Müxtəlif vəziyyətlərlə bağlı səbəb-nəticə əlaqələrini qura bilməsini;
- Verilən əşyaları müxtəlif xüsusiyyətlərinə görə sıralaya bilməsini;
- Əsas və köməkçi rəngləri öyrənməsini;
- Varlıqları rənglərinə görə qruplaşdırmağı;
- Rəng çalarlarını ayırd etməyi;
- Həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat, düzbucaqlı, ellips, ulduz, prizma və s.) çəkməyi;
- Xəyal gücü və təqlid bacarığını inkişaf etdirməsini;
- Həvəsini artırmasını;
- Elmi, sosial və məntiq anlayışının inkişafına dəstək olmağı qarşımıza məqsəd qoymuşuq.

Bu kitabla əyləncəli, səmərəli və şən zaman keçirməyinizi arzulayırıq!

Hörmətlə,
Balabilgə Nəşrləri


Bu kitab Hədəf STEAM Liseyi və Balabilgə Uşaq Bağşasının pedaqoji şurası tərəfindan təsdiq edilib.

 

Qiyməti 6.5
KİTABI AL
Paylaş
Gülnar Xəlilova - Düşünməyi sevirəm

Kitabın xüsusiyyətləri

  • Layihə rəhbəri: Şəmil Sadiq
  • Naşir: Səbuhi Şahmursoy
  • Redaktor: Nizami Hüseynov
  • Türkcədən tərcümə edən: Züfiyyə Sadıqova
  • Tərtibçi: Gülnar Xəlilova
  • Korrektor: Səbina Abdulla
  • Texniki redaktor: Tamerlan İsmayılzadə
  • Rəssam: İlknur Ərcan
  • Qrafik: Nagahan Atay
  • Üz qapağının dizayneri: Zülfiyyə Abbasova
  • Kitab: Düşünməyi sevirəm
  • Müəllif: Gülnar Xəlilova
  • Seriya: Uşaq ədəbiyyatı
  • Nəşriyyat: XAN Nəşriyyatı 
  • Alt marka: Balabilgə Nəşrləri
  • Nəşr ili: 2021
  • Yaş kateqoriyası: 3+
  • Ölçü: 210x290 mm
  • Səhifə sayı: 140
  • Cild: Yumşaq
  • ISBN: 9065311642234