Xatirə Ədəbiyyatı silsiləsindən 61-ci kitab
Yəqin, qadınlar üçün yaraşıqlı, şən, zarafatcıl, deyib-gülən, həyatı özü üçün əyləncəyə çevirməyi bacaran kişilər həmişə maraqlı olub. Elə Xalq artisti Ənvər Həsənov özü də etiraf edir ki, “Uşaqlığın son gecəsi” filmindən sonra ona qutu-qutu sevgi məktubları gəlirmiş.
Kitabda Ənvər Həsənovun xatirələri, dostluqları, yaradıcılığı, eləcə də şəxsi həyatı barədə maraqlı fraqmentlər yer alıb.
Memuar altmışıncı illərdən üzü bəri Azərbaycan kinosunun inkişaf tarixini öyrənmək istəyənlərin də diqqətini cəlb edəcək.