Cəmşid Əmirov “Brilyant məsələsi” romanının baş qəhrəmanlarını – qumarbaz Yədullanı və Zerkalo Klaranı əsərə real həyatdan gətirib. Roman boyunca oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman vermədən onları təqib edən personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə nə zaman baş verdiyini hiss etmədən özlərini qarışıq cinayət hadisələrinin düz ortasında tapırlar.
Görəsən, Yədullanın sonrakı taleyi necə olacaq? O, həbsdən qaçıb canını qurtara biləcəkmi? Mənzil oğurluğu ilə Klaranın əlaqəsi varmı? Ev sahibəsinin telefon danışıqları nə üçün dinlənilirdi? İttiham olunan şəxsin günahsızlığı sübuta yetiriləcəkmi?