Salam, dostum! Bu kitab ucsuz-bucaqsız okeanın dərinliklərində yaşayan delfin balasının başına gələn macəralardan bəhs edir. Tək üzməyə çalışan Balaca Delfin çox uzağa getməyəcəyinə dair anasına söz verir. Sualtı dünyanın gözəlliklərini gördükcə heyran olur. Amma içində məktub olan şüşə tapması Balaca Delfini suyun üzünə çıxmağa və faydalı bir işi sona çatdırmağa sövq edir. Bu işdə Sarı Balıqla Xərçəng ona necə kömək edə bilər? Bu üç dostun “Şüşədəki məktub” macərası çox maraqlı hadisələrlə davam edir. Dostum, bu silsilənin “Balaca Delfinin macəraları: Maraqlı dərs” və “Balaca Delfinin macəraları: Xərçəngin xəzinəsi” kitablarını da oxuya bilərsən.